Sabahdan Bakının bir hissəsində su olmayacaq vətəndaşların nəzərinə

Sabahdan Bakının bir hissəsində su olmayacaq vətəndaşların nəzərinə

Bakının bir hissəsində su olmayacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Kür su kəmərləri sisteminin 1400 mm diametrli magistral xətlərindən birinin Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən hissəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 14 may 2014-cü il tarixdə saat 00:00-dan Bakının Qaradağ rayonuna, Səbail rayonunun 20-ci sahə və Badamdar qəsəbələrinə, Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli su 36 saat müddətində məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə