"Din xadimlərinin vahid forma məsələsi bir ay müddətində öz həllini tapacaq"

"Din xadimlərinin vahid forma məsələsi bir ay müddətində öz həllini tapacaq"

Dini sahədə maarifləndirmə bizim, Qafqaz Müsəlmanları İdarəsinin istədiyi səviyyədə deyil". SİA-nın xəbərinə görə, bu sözləri Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı Vasif Məmmədəliyev din xadimləri üçün təşkil edilən kursla bağlı keçirilən konfransda çıxış edərkən deyib.

Çıxışı zamanı din xadimlərinin vahid geyim formasına toxunan V. Məmmədəliyev söyləyib ki, bir ay ərzində din xadimlərinin vahid geyim məsələsi də həllini tapacaq: "Neçə vaxtdır ki, dövlət rəhbərliyi səviyyəsində din xadimlərinin geyim məsələsinin həlli tapşırılmışdı. Nəhayət, Kamal Abdulla gələndən sonra bu məsələ öz həllini tapdı".

Daha sonra İslam Universitetinə diplomlarının tanınmaması məsələsinə də toxunan Məmmədəliyev əlavə edib ki, İslam Universitetinə artıq status verilib: "Magistratura və aspiranturada bu universitetin diplomları niyə tanınmır? Bu məsələ də həllini tapmalıdır. Şəhidlik statusunu din xadimləri vasitəsi ilə cəmiyyətə başa salsaq, Suriyaya gedən olmaz. Şəhidə Vətən, namus, din yolunda həyatını fəda edənlərdir. Pul üçün döyüşənlərə şəhid leyilə bilməz. Biz başqa ölkənin işinə niyə qarışrıq? Özünü belə qəhrəman sayırsansa, Qarabağda partizan kimi döyüş, Suriyaya niyə gedirsən. Arzu edirəm ki, din xadimləri günün məsələsini işıqlandırsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə