Kamal Abdulla: "Azərbaycan onu parçalamaq istəyənlərə cavab verəcək"

Kamal Abdulla: "Azərbaycan onu parçalamaq istəyənlərə cavab verəcək"

"Azərbaycanı çox parçalamaq istədilər. Hələ sovet dövründə də parçalamaq istədilər, alınmadı". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının millətlərarası, multikultiralizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bu gün din xadimləri üçün təkmilləşdirmə kursunun açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, dövlətimiz indi də Azərbaycanı parçalamaq istiqamətində fəaliyyətlərə layiqli cavab verəcək: "Təmiz dini əqidə üzərində böyümək, böyütmək, formalaşdırmaq hər kəsin borcudur".

Din xadimləri üçün açılan kursun əhəmiyyətindən danışan K. Abdulla vurğulayıb ki, bu kursun açılması çox böyük tarixi hadisədir: "Din xadimləri ilə müxtəlif dövlət xadimləri görüşməli, onlar dövlət xadimlərinin fikirlərini bilməlidirlər. Bu kursda həqiqi mənəvi mirasımızın çatdırılacağına əminəm. Prezident İlham Əliyev ölkəmizi güclü və varlı görmək istəyir. Bu, həm də din və din xadimlərinə münasibətlə bağlıdır. İşlərinizdə sizə uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə