Allahşükür Paşazadə: "Azərbaycanın bütövlüyü hər şeydən önəmlidir"

Allahşükür Paşazadə: "Azərbaycanın bütövlüyü hər şeydən önəmlidir"

"Azərbaycanın bütövlüyü və dövlətçilik hər şeydən önəmlidir". SİA-nın xəbərinə görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda deyib.

O bildirib ki, axundlar, imamlar islam dinini inanclı insanlara elə çatdırmalıdırlar ki, heç bir təfriqə olmasın: "İstər vəhhabi, istər nurçu, istər digər cərəyanlar olsun, dövlətçiliyə qarşı mübarizə aparanlara qarşı amansızlıqla mübarizə aparacağıq. Burada səfirlər də var, mən mövqeyimi açıq deyirəm. Azərbaycan dövlətçiliyi bizim üçün ən önəmlisidir. 33 ildir ki, şeyxülislamam. Bütün din xadimlərinə böyük hörmətim var. Məhz bu kursu təşkiı etməklə əsas məqsədimiz milli mənəvi dəyərləriin din xadimlərimə daha geniş şəkildə aşılamaqdır. Mən təkmilləşdirmə kursundakı insanlara öz övladlarım kimi baxıram. Onları Azərbaycan dövlətçiliyinə, həqiqi islama xidmət edən insanlar kimi görmək istəyirəm. Onlara inamım böyükdür".

Bütün xəbərlər Facebook səhifəmizdə