Şeyxülislam: "Məzhəblər arasında nifaq salınmasına ehtiyatla yanaşmalıyıq"
Qafqaz Müsəlmanları İdarəsində din xadimləri üçün təşkil olunan kurslarla bağlı konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, din xadimləri və digərlər qonaqlar iştirak edib.
Tədbirdə ilk çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Hacı Allahşükür Paşazadə ilk növbədə ötən gün dünyasını dəyişən QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadəyə allahdan rəhmət diləyib. QMİ sədri bildirib ki, bu günlər Həzrət Əli (ə.s) və Ümumilli Lider Heydər Əliyevin anadan olduğu günlərdir.
Onun sözlərinə görə, bu insanlar elm üçün böyük işlər görüblər: "Ulu Öndərin yaratdığı yeni Azərbaycan dövlətində din-dövlət münasibətlərinin əsasını qoyub. Hazırda da bu iş Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Çıxışı zamanı din xadimlərinin dövlətin inkişafı ilə bağlı görəcəyi işlər haqqında danışan QMİ sədri bildirib ki, dövlətin möhkəmlənməsində din xadimlərinin də rolu olmalıdır: "Biz dövlətimizə qarşı olanlara, düşmənə qarşı mübarizə aparmalıyıq. Biz öz torpaqlarımızın dərdini çəkməliyik. Amma çox təəssüf ki, bu gün bir şuşalı gedib Suriyada ölür. Sünni-şiə məzhəbləri arasında nifaq salınması məsələlərinə ehtiyatla yanaşmalıyıq. Nə üçün biz sünni və şiəyə ayrılmalıyıq, düşmən də bundan istifadə etməlidir? Elə analar var ki, mənin yanıma gəlib deyirlər ki, oğlunu qaytaraq, heç olmasa ölüsünü. Təkmilləşdirmə kursunda 50 şiə və sünni oxuyacaq. Məqsədimiz aydındır. Biz özümüz də dəyişmək, müasir həyatla ayaqlaşmaq istəyirik. Axundlar, imamlar da müasir həyatla ayaqlaşmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB