Din xadimləri üçün təşkil olunan kursun açılış mərasimi olub

Din xadimləri üçün təşkil olunan kursun açılış mərasimi olub

Bu gün Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) din xadimləri üşün təşkil etdiyi ilk təkmilləşdirmə kursunun açılış mərasimi olub. SİA-nın məlumatına görə, açılış mərasimində QMİ sədri Hacı Allahşükür Paşazadə, Azərbaycan Respublikasının millətlərarası, multikultiralizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, millət vəkilləri Hadı Rəcəbli, Eldar İbrahimov və digərləri din xadimləri üçün yaradılan şəraitlə yaxından tanış olublar. Daha sonra onlar din xadimlərinin qalması üçün yataqxanada da olublar. Yataqxana yaradılan şəraitlər tanış olan qonaqlar din xadimlərinə bir ay müddətində keçiriləcək kursda uğurlar arzu ediblər.

Kurslarda milli-mənəvi dəyərlərlə bağlı mühazirələr oxunacaq. Kurslara İslam və Bakı Dövlət Universitetinin müəllimləri cəlb olunub. Bir ay müddətində din xadimlərinin qalmaq, yemək və digər xərclər QMİ tərəfindən ödəniləcək. Kursların sonunda din xadimlərinə sertifikat veriləcək. Kurslar davamlı olaraq təşkil olunacaq. Təlim kurslarına bütün regionlardan olan din xadimləri cəlb ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə