28 May – Respublika Günü ilə bağlı Kanadada tədbir keçirilib

28 May – Respublika Günü ilə bağlı Kanadada tədbir keçirilib

Kanadanın Ontario əyalətinin London şəhərində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.

Mərasim Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə Londonda fəaliyyət "Azəri-Türk Kanada Assosiasiyası" tərəfindən təşkil olunub.

SİA-nın xəbərinə görə, Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumatda bildirilib ki, tədbirdə Kanadanın elm və texnologiya üzrə dövlət naziri Ed Holder, Kanada Parlamenti və Ontario əyaləti parlamentinin üzvləri, eləcə də London şəhər şurasının təmsilçisi tədbirə iştirak ediblər

"Azəri-Türk Kanada Assosiasiyası"nın sədri Kəmalə Şiriyeva çıxış edərək təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib, tədbirin əhəmiyyətindən danışıb.

Assosiasiyanın gənclər bölməsinin sədri Səbinə Əzizli isə Azərbaycan Demokratik Respublikasının tarixi barədə təqdimatla çıxış edib.

Kanadanın dövlət naziri və millət vəkilləri Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik ediblər. London şəhərinin meri Co Fontananın (Joe Fontana) Londonun Azərbaycan icmasına təbrik məktubu oxunub.

Səfirliyin əməkdaşı çıxış edərək, mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən tədbirləri qeyd edib, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyətindən, müstəqilliyin bərpasından keçən dövr ərzində ölkəmizin keçdiyi inkişaf yolundan, son on ildə əldə olunan nailiyyətlərdən, Avropanın enerji təhlükəsizliyinə töhfəsindən, terrorizmə qarşı mübarizədəki səmərəli iştirakından, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən danışmış, eləcə də Kanada-Azərbaycan əlaqələrinin hazırkı durumu və perspektivləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra mədəni proqram ilə davam edən tədbirdə Azərbaycan musiqisi və rəqsləri ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə