Bu gün İslam tarixinin ən böyük şəxsiyyətlərindən biri olan Həzrəti Əlinin (ə) mövludu (doğum günü) qeyd edilir. SİA-nın məlumatına görə, böyük insanın mövludu münasibətlə bu gün paytaxtda "Əlibəy" mərasim evində tədbir təşkil olunub. Qafqaz Müsəlmanları İdarəsi və Səbail rayon İcra hakimiyyətinin dəstəyi, İçəri şəhər "Cümə" məscidinin təşkilatçılığı ilə keçirilən mərasim müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə açıq elan olunub
Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli çıxışı edərək mərasimə qatılan hər kəsi mövlud günü münasibətilə təbrik edib. Hacı Surxay İmam Əli (ə) İslamın təşəkkül tapmasında, formalaşmasında, yayılmasındakı əvəzsiz xidmətlərindən danışıb. Tədbirin əhəmiyyətinə də toxunan ilahiyyatçı bildirib ki, Həzrəti Əlidən istər elm baxımından, istərsə də qəhrəmanlıq baxımından çox şey öyrənmək mümkündür və bu baxımdan belə mərasimlərin önəmi böyükdür.
Ehsan süfrəsi arxasında davam edən tədbirdə vətənpərvərlik, dini mövzularda ilahilər, mahnılar səsləndirilib.
Xatırladaq ki, tədbirdə dövlət rəsmiləri, bir neçə ölkə səfirliklərinin nümayəndələri, eləcə də incəsənət xadimləri də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB