Elmar Məmmədyarov Səudiyyə Ərəbistan Krallığına işgüzar səfərə yola düşdü

Elmar Məmmədyarov Səudiyyə Ərəbistan Krallığına işgüzar səfərə yola düşdü

Xarici işlər naziri nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikası arasında iqtisadiyyat və əməkdaşlıq üzrə Forumun birinci iclasında iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir Forumda çıxış etməklə yanaşı və bir sıra ikitərəfli görüşlər də keçirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə