Hacı Mirəziz Seyidzadə dəfn edildi

Hacı Mirəziz Seyidzadə dəfn edildi

Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə dəfn edilib. SİA-nın məlumatına görə, Hacı Mirəziz Ağa bu gün böya başa çatdığı Masallı rayonunun Türkoba kəndində dəfn edilib. Türkoba qəbristanlığında torpağa tapşırılan Hacı Mirəziz Seyidzadənin dəfn mərasimində QMİ-nin səlahiyyətli şəxsləri, ətraf kəndlərin və rayonların dindarları, ziyalıları iştirak edib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bu gecə saat 1 radələrində vəfat edib. Paytaxt xəstəxanalarının birinə beyin qan dövranının pozulması və hipertoniya diaqnozu ilə daxil olan Hacı Mirəzizin həyatını həkimlər xilas edə bilməyib. Hacı Mirəziz bu ilin mart ayında "insult" keçirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə