Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclasının gündəliyi açıqlanıb. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun SİA-ya veridiyi xəbərə görə, mayın 16-da keçiriləcək iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.
İclasda müzakirə olunacaq qanun layihələri aşağıdakılardır:
- "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi;
- "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi;
- "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda dəyişiklik edilməsi;
- "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanunun ləğv edilməsi;
- "Körpələr evlərinə, korpələr evi uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanunun ləğv edilməsi;
- "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik;
- Azərbaycan Respublikası Nizami Gəncəvi adına qızıl medalın təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB