Həsən Əliyev küçəsində 4 gün hərəkət olmayacaq

Həsən Əliyev küçəsində 4 gün hərəkət olmayacaq

Mayın 14-dən etibarən paytaxtın Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib ki, mayın 13-dən 14-nə keçən gecə saat 00-dan Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsi yolun asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Yolun adıçəkilən hissəsinin 4 gün tam bağlı olması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə