1 nömrəli internat məktəbinin sakinləri üçün Qobustana səyahət təşkil edilib

1 nömrəli internat məktəbinin sakinləri üçün Qobustana səyahət təşkil edilib

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) bu il də ənənəsinə sadiq qalaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayonundakı 1 nömrəli internat məktəbinin balaca sakinləri üçün Qobustana səyahət təşkil edib. Agentliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, uşaqlar əvvəlcə rayon mərkəzində Ümummilli Liderin şərəfinə ucaldılmış abidə önünə tər qərənfillər düzüblər. Heydər Əliyev İrsini Araşdırma Mərkəzində Ulu Öndərin şərəfli ömür yolunu əks etdirən foto-sənədlərə baxdılar, xatirə şəkilləri çəkdiriblər.

Qobustan Hibrid Stansiyasında uşaqlara günəş və küləkdən elektrik enerjisi alınması və "ağıllı şəbəkə" vasitəsilə ölkəmizin ümumi enerji şəbəkəsinə ötürülməsi prosesi əyani şəkildə izah olunub. Dövlət Agentliyinin Aparat rəhbəri İmran Əhmədov Ulu Öndərin hər zaman uşaqlara qayğı və məhəbbət göstərdiyini, bu ənənənin Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini faktlarla diqqətə çatdırıb. Stansiyaya qonaq gələn hər bir uşağa ayrıca hədiyyələr paketi, İnternat Evi üçün xüsusi hədiyyələr dəsti və xatirə albomu təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə