Azərbaycan nümayəndə heyəti Həştərxanda Ulu Öndərin abidəsini ziyarət edib
Mayın 12-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilən tədbirlərdə iştirak etmək üçün Həştərxanda olan Azərbaycan nümayəndə heyəti Ulu Öndərin bu şəhərdə ucaldılan abidəsini ziyarət edib.
SİA-nın məlumatına görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin abidə önünə əklil qoyaraq Ümummilli Liderin xatirəsini anıblar.
Sonra nümayəndə heyəti və Həştərxan qubernatorluğunun rəhbərliyi və ictimaiyyət nümayəndələri Heydər Əliyev Fondu tərəfindən yaradılan "Arzu" uşaq şəhərciyindəki kafedə uşaqlarla görüşüblər. Uşaqlar qonaqları şeirlərlə qarşılayıblar. Sonra uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Daha sonra nümayəndə heyəti knyaz Vladimirin Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılan abidəsi önünə gül dəstələri qoyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB