Fransa prezidenti Şəhidlər Xiyabanını ziyarət edib

Fransa prezidenti Şəhidlər Xiyabanını ziyarət edib

Fransa Respublikasının Prezidenti Fransua Olland mayın 12-də Şəhidlər xiyabanını ziyarət edib. SİA-nın məlumatına görə, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fransa Respublikasının Prezidenti və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Prezident Fransua Olland "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Fransanın və Azərbaycanın dövlət himnləri səslənib.

Ali qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Prezident Fransua Olland Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr edib.

Bütün xəbərlər Facebook səhifəmizdə