Şeyxülislam Hacı Mirəziz Seyidzadənin dəfn mərasimində iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Masallıya yollanıb. Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
O bildirib ki, şeyx səfər çərçivəsində vəfat etmiş QMİ Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadənin dəfn mərasimində iştirak edəcək.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bu gecə vəfat edib. Mərhmun cənazəsi torpağa tapşırılmaq üçün doğulduğu Masallı rayonunun Türkoba kəndinə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB