Zakir Həsənov ATƏT nümayəndəsi ilə təmas xəttindəki mövcud vəziyyəti müzakirə edib

Zakir Həsənov ATƏT nümayəndəsi ilə təmas xəttindəki mövcud vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət və danışıqların perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə