Əhməd Rəcəbli küçəsində hərəkət məhdud olacaq

Əhməd Rəcəbli küçəsində hərəkət məhdud olacaq

Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

SİA-nın məlumatına görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən Əhməd Rəcəbli küçəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Atatürk prospekti və Aşıq Molla Cümə küçələrindən istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə