Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində "qaynar xətt" fəaliyyətə başlayıb. SİA-nın xəbərinə görə, "qaynar xətt"lə əlaqə saxlamaq üçün Təhsil Nazirliyinin 146 "qaynar xətt"ini, sonra azərbaycan dili üçün 1 düyməsini və operatorun sizə təklif etdiyi 3 nömrəsini yığmaqla ADİU haqda olan bütün şikayət və təklifləri bildirmək mümkündür.
"Qaynar xətt"in yaradılmasında əsas məqsəd təhsil prosesində şəffaflığı təmin etməkdir.
Qeyd edək ki, ADİU-nun "qaynar xətt"i həftə içi hər gün saat 09.00-dan 18.00-dək bütün zəngləri qəbul edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB