Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə vəfat edib. SİA-nın məlumatına görə, Hacı ötən gün axşam 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Uzun müddətdir insultdan əziyyət çəkən Mirəziz Seyidzadə ömrünün son 4 gününü koma vəziyyətində keçirib.
Hacı Mirəziz Seyidzadə bu gün boya başa çatdığı Türkoba kəndində saat 11:00-da dəfn olunacaq.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Hacı Mirəziz Seyidzadə 1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 2002-ci ildə aylıq "Kəlam" elmi-ədəbi, publisistik jurnalını təsis edib. 2011-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri işləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB