Bu il mayın 15-16-da Səmərqənddə "Şərqin orta əsr alim və mütəfəkkirlərinin tarixi irs və müasir sivilizasiya üçün onun rolu və əhəmiyyəti" mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.
SİA-nın məlumatına görə, konfransda dünyanın 50 ölkəsindən, o cümlədən Azərbaycan, AB, Almaniya, Böyük Britaniya, Yaponiya, Koreya, İtaliya, Çin, Hindistan, Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Misir, İndoneziya və digər ölkələrin alimləri, beynəlxalq təşkilatların rəhbərləri, elmi institut və mərkəzlərin mütəxəssisləri, ekspertlər iştirak edəcəklər.
Konfransda Məhəmməd əl-Xarəzmi, Əhməd əl-Fərqani, Əbu Reyhan əl-Biruni, İbn Sina, Mirzə Uluqbəy, həmçinin Əlişir Nəvai, Mahmud Zəməxşari, Zəhirəddin Babur və Şərqin digər ensiklopedik alimlərinin elmi iris ətraflı təhlil olunacaq.
Tədbirdə Şərqin bu böyük alim və şairlərin əsərlərinin saxlanılması, müxtəlif dillərdə çap edilməsi və təbliği məsələləri də müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB