Türkiyənin TRT kanalı Bakıda keçirilən Gül bayramı barədə veriliş hazırlayıb
Türkiyənin "TRT-türk" televiziya kanalı Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bakıda təşkil olunmuş Gül bayramı barədə veriliş yayımlayıb.
Televiziya tamaşaçılarının diqqətinə çatdırılıb ki, Heydər Əliyev Sarayının qarşısındakı park və sarayın arxasında yerləşən Şəhər Mərkəzi Parkı öz görkəmini tam dəyişib, burdakı füsunkar gözəllik ziyarətçilər tərəfindən böyük məhəbbətlə qarşılanıb.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri gül bayramında iştirak ediblər.
Veriliş barədə aşağıdakı linkdə daha ətraflı məlumat əldə etmək olar:
http://www.trtturk.com/haber/aliyevin-91-dogum-yili-kutlamalari.html
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB