Qırğızıstanda Ulu Öndərin doğum günü qeyd edilib FOTOLAR

Qırğızıstanda Ulu Öndərin doğum günü qeyd edilib FOTOLAR

May ayının 8-də Kasımalı Bayalinov adına Qırğızıstan Respublika uşaq və gənclər kitabxanasında Ulu Öndər Heydər Əliyevin doğumunun 91 illiyi ilə əlaqədar möhtəşəm tədbir keçirilib. SİA-nın Qırğızıstandakı əməkdaşının verdiyi məlumata görə, tədbirdə Qırğızstan Respublikası Mədəniyyət, informasiya və turizm naziri Kamila Talıyeva, Qırğızstan Respublikası Perzidenti yanında dövlət dili komissiyasının sədri, xalq şairi Eqemberdi Ermatov, Çingiz Aytmatovun qardaşı, akademik İlgiz Aytmatov, SSRİ xalq artisti Bolot Şəmşiyev, Türkiyə Cümhiriyyətinin Qırğızstandakı səfirinin müşaviri İlham Aytuş, Qırğızstan milli yazıçılar ittifaqının birinci katibi Nurlan Kalıbayev və bir sıra tanınmış yazıçılar, kinorejisorlar, elm adamları iştirak ediblər. Tədbir çərçivəsində fondun Bişkekdə nəşr etdirdiyi kitablardan 2000 (iki min) nüxsədən çox kitabxanaya hədiyyə edilib.

Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun və Kasımalı Bayalinov adına Qırğızstan Respublika uşaq və gənclər kitabxanasının təşəbbüsü ilə keçirilən tədbirdə Fondun sifarişi ilə nəşr edilən "Qırğızstan Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolu" kitabının təqdimatı olub. Mərasimdə Qırğızıstan Respublikası Prezident Aparatının, Hökumətin nümayəndələri, bu ölkədə akkreditə olunmuş Türkiyə Cümhiriyyətinin səfirinin müşaviri, tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər. Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov mərasim iştirakçılarını salamlayıb, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. N.Məmmədov deyib ki, Azərbaycan türk dünyasına Heydər Əliyevi, Türkiyə Atatürkü, Qırğızstan Çingiz Aytmatovu bəxş etmişdir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyatı və fəaliyyəti bundan sonra da tədqiq ediləcək və öyrəniləcəkdir.

Tədbirdə çıxış edən Qırğızstan Respublikası Mədəniyyət, informasiya və turizm naziri Kamila Talıyeva deyib, Heydər Əliyev irsinin, Azərbaycan tarixinin və ədəbiyyatının öyrənilməsində fondun nəşr etdirdiyi və kitabxanaya hədiyyə etdiyi kitablar mühüm rol oynayacaqdır. O öz çıxışında bir daha xatırladıb ki, kitablar mütləq şəkildə bütün regondakı kitabxanalara bölüşdürülməli və oxucuların ixtiyarına verilməlidir. Nazir çıxışının sonunda fondun prezidenti Nüsrət Məmmədova dərin minnətdarlığını bildirdi və o vurğulayıb: "Məndə olan məlumata görə Fond indiyə kimi bir çox kitabxanalara və Ali və ortaixtisas təhsil məktəblərinə küllü miqdarda kitab hədiyyə edib. Fondun rəhbərinin görüyü bu işlər təqdirəlayiqdir başqa ictimai təşkilatlar da Türkdilli dövlətlərin siyasətinə dəstək fondundan örnək götürsələr yaxşı olar".

Öz çıxışında Qırğızstan Respublikası Perzidenti yanında dövlət dili komissiyasının sədri, xalq şairi Eqemberdi Ermatov da Ulu Öndər Heydər Əliyevin tarixi bir şəxsiyyət olduğunu vurğulayıb.

Kasımalı Bayalinov adına Qırğızstan Respublikası uşaq və gənclər kitabxanasının direktoru Roza Sultanqazıyeva, Çingiz Aytmatovun qardaşı, SSRİ dövlət mükafatı laureatı, akademik İlgiz Aytmatov, SSRİ xalq artisti Bolot Şəmşiyev, ictimai xadim, xeyriyyəçi işadamı Qiyas Xəlilov, Xəzər İctimai birliyinin sədri Ziyəddin Hüseynov və başqaları Heydər Əliyevin tarixdəki misilsiz rolundan danışıblar.

Tədbirin mədəni hissəsində kitabxananın oxucuları Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə tərcümə olunub, nəşr edilmiş kitablardan Heydər Əliyev haqqında şeirləri oxuyublar. General mayor Həsən Şirinovun H. Əliyevə həsr etdiyi şerin ifaçısı şeiri yüksək səviyyədə ifaetdiyinə görə fondun qiymətli hədiyyəsi ilə mükafatlandırılıb. Tədbir iştirakçıları Şahmar Tapdıqovun ifasında Heydər Əliyevə həsr etdiyi mahnıya böyük maraqla qulaq asıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə