Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir dahi şəxsiyyətin adını daşıyan meydanda təşkil olunub.
Öncə Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə nəzər salınıb. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev başda olmaqla struktur rəhbərləri, idarə, təşkilat və ictimaiyyət nümayəndələri Ulu öndərin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Kollektivlərlə yanaşı, şəhər sakinləri də Ulu öndərin abidəsini ziyarət edib. Meydanda quraşdırılan nəhəng monitorda müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin həyatını əks etdirən sənədli film nümayiş olunub.
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB