Bu gün Heydər Əliyev Fondunun 10 yaşı tamam olur

Bu gün Heydər Əliyev Fondunun 10 yaşı tamam olur

Bu gün Heydər Əliyev Fondunun yaranmasından 10 il ötür. SİA-nın məlumatına görə, Heydər Əliyev Fondu qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır. Rəsmi açılışı 10 may 2004-cü ildə olub. Heydər Əliyev Fondunun Prezidenti – UNESCO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.

Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.

2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Bütün xəbərlər Facebook səhifəmizdə