“ASAN Könüllüləri” Heydər Əliyev zirvəsinə yürüş təşkil ediblər

“ASAN Könüllüləri” Heydər Əliyev zirvəsinə yürüş təşkil ediblər

"ASAN Könüllüləri" Gənclər Təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə yürüş təşkil edib. SİA-nın məlumatına görə, Gənclər Təşkilatının üzvləri Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsini fəth ediblər.

Könüllülər Ümummilli Liderə gənclərin böyük ehtiramının əlaməti kimi "ASAN Könüllüləri" Gənclər Təşkilatının və "ASAN xidmət"in bayraqlarını bu zirvədə dalğalandırıblar.

"ASAN Könüllüləri" Gənclər Təşkilatı Ümummilli Lider Heydər Əliyevin xatirəsini anma münasibəti ilə müxtəlif tədbirlərin həyata keçirilməsini planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə