Salyanda Gül Bayramı qeyd edilib

Salyanda Gül Bayramı qeyd edilib

Salyanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan möhtəşəm Gül Bayramı keçirilib.

SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ulu Öndərin buradakı abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri daha sonra parkda təşkil olunan uşaqların əl işlərindən ibarət sərgiyə tamaşa ediblər.

Orta məktəb şagirdlərinin, körpə fidanların ulu öndər Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin tər güllərdən hazırladıqları portretləri, müxtəlif süjetli gül kompozisiyaları maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə