Bu gün Azərbaycanda Gül Bayramıdır. SİA-nın xəbərinə görə, Gül Bayramı 2004-ci ildən başlayaraq, hər il 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin ad gününə həsr olunur.
Hər ilin bu günü Heydər Əliyev parkında güllərdən müxtəlif ekspozisiya və maketlər hazırlanır. Bu il də Heydər Əliyev Parkında tarixi abidələrimizin, müxtəlif cizgi qəhrəmanlarının güllərdən ibarət maketləri yer alıb.
Əvvəlki gül bayramından fərqli olaraq bu il Heydər Əliyev Sarayının arxasındakı şəhər mərkəzi parkı da güllərlə bəzədilib.
Qeyd edək ki, Gül bayramı saat 11.00-da Heydər Əliyev Parkında və Heydər Əliyev Sarayının arxasındakı şəhər mərkəzi parkında başlayacaq. Axşam saat 21.00-da isə Dənizkənarı Milli Parkda - Saat Qülləsinin yanında bayram konserti və atəşfəşanlıq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB