II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda çox geniş və təntənəli şəkildə qeyd olunub. Ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Hərbi Dəniz Qüvvələrinin zabit və matrosları və veteranların iştirakı ilə təntənəli tədbir keçirilib.
Tədbirin əvvəlində Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifasında müxtəlif marşlar səslənib. Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi 49 saylı "İntellekt" liseyin yeni tədris korpusunda davam etdirilib.
Tədbiri açıq elan edən icra başçısı Asif Əsgərov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb. O bildirib ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Vurğulanıb ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunan qələbədə Azərbaycan xalqının öz şərəfli yeri var. Azərbaycan xalqı bu gün də öz keçmişi, xüsusi ilə müharibədəki iştirakı dövrü ilə fəxr edir. Müharibə veteranları xalqımızın ən əziz və hörmətli üzvləri olublar. Ulu öndər Heydər Əliyev daim onlara xüsusi qayğı və diqqət göstərib, onların problemləri ilə yaxından maraqlanıb.
Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən söz açıb, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə veteranlara hədiyyələr və maddi yadım təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB