Ermənilər Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində relsləri birləşdirən materialları oğurlayıblar
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ölkənin əsasən ermənilər məskunlaşmış Samtsxe-Cavaxeti bölgəsinin Ninosminda rayonundakı Poka kəndinin sakinləri - 50 yaşlı H.Seyran oğlu-25 yaşlı H. Volodiya ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun kəndə yaxın olan sahəsindən relsləri birləşdirən materiallar və digər əşyalar oğurlayıblar. Polis onları yaxalayıb.
İlkin dindirmə zamanı ata və oğul oğurluq faktını etiraf ediblər. Oğurlanmış materiallar götürülüb.
Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB