HGMDİ-yi “Heydər Əliyev: Müasir gənclik” mövzusunda dəyirmi masa keçirdi
Bu gün "HƏMRƏY" Gənlərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Təhsil Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş "Heydər Əliyev: Müasir gənclik" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, dəyirmi masanı HGMİDB-nin sədri Yəhya Babanlı açıq elan edərək, tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxundu. 22 il bundan əvvəl Azərbaycanın dilbər guşəsi olan Şuşanın işğalı ilə əlaqədar fikirlər səsləndirilib. Bu barədə tarixçi Azad Alıyev məlumat verib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik strategiyası, həyata keçirdiyi uğurlu siyasət, respublikamızın gələcəyi üçün gördüyü işlər, apardığı islahatlar barədə geniş şəkildə diskussiya keçirilib. Qeyd olunub ki, Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib. Tədbir iştrakçıları Ümummilli Liderin Azərbaycan gəncliyinə verdiyi dəyərin əvəzolunmaz olduğu barədə fikir səsləndiriblər.
Qeyd olunub ki, Heydər Əliyevin gənclərlə iş sahəsində yürütdüyü siyasətin nəticəsidir ki, bu gün gənclərimiz xaricdə təhsil alma və dünyada layiqli yer tutma imkanları qazanıblar. Hazırda dövlət, hökumət orqanlarında və ictimai təşkilatlarda gənclərimiz çalışırlar. Azərbaycanda gənclərə xüsusi qayğı və diqqətlə yanaşılır. Müasir gənclik Heyder Əliyev irsinin davamçılarıdır.
Tədbirdə qeyd olunub ki, "HƏMRƏY" Təhsil Mərkəzində gələcəyə sağlam düşüncəli, intellektual, savadlı gənclərin yetişdirilməsində məhz Heydər Əliyevin siyasətini rəhbər tutur, onun ideyaları, fəlsəfəsi yaşadılır və davam etdirir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB