8 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, bu gün Azərbaycan xalqı böyük iftixar hissi ilə müstəqilliyimizin nailiyyətləri ilə fəxr edir, bu nailiyyətləri gündən-günə artırır, dünya iqtisadiyyatına, mədəniyyətinə öz töhfələrini verir, nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur, bu təşkilatlar vasitəsilə dünyada öz sözünü deyə bilir. Bütün bunların təməlində isə Ümummilli Lider Heydər Əliyev dühası, onun uzaqgörənliyi və vətənini canından da artıq sevməsi dayanır.
Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidi və tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra gördüyü işlərin miqyasının geniş olduğunu qeyd edən Ramiz Həsənov Azərbaycanın az qala itirməkdə olan müstəqilliyini qoruyub saxladığını, ölkəni bürüyən özbaşınalıq və xaosun aradan qaldırıldığını, vətəndaş müharibəsinin qarşısının alınmasını, Azərbaycanın neft strategiyasının həyata keçirildiyini, bununla da dağılmış iqtisadiyyatın bərpa olunmasına başlandığını bunlara nümunə çəkmişdir. Azərbaycan iqtisadiyyatının dirçəlməsi üçün hüquqi baza formalaşdırılıb;
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinin inkişafının da Ulu Öndərin Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulayan komitə sədri qeyd edib ki, Ümummilli Liderin təşəbbüsü ilə bu sahələrdə köklü inkişafa nail olmaq üçün 2001-ci il 27 dekabr tarixli Fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradıldığı qeyd edilib. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Patent haqqında", "Standartlaşdırma haqqında" və s. Qanunlar qəbul edilmişdir: "Bu siyasəti uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Agentliyin bazasında Dövlət Komitəsi yaradıldı, az sonra 4 aprel 2012-ci il tarixində Komitənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Fərman verilərək qurumun tərkibində 3 Dövlət Xidməti yaradılıb".
Sonra çıxış edən struktur bölmə rəhbərləri və gənc dövlət qulluqçuları Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra keçid iqtisadiyyatının problemləri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə aparılan əsaslı iqtisadi islahatlar, o cümlədən keyfiyyət infrastrukturunun yaradılması, sahibkarlara dövlət dəstəyi, beynəlxalq standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, patent siyasətinin həyata keçirilməsi, istehlakçı hüquqlarının etibarlı qorunması və s. məsələlər ilə bağlı məruzələr ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB