Dövlət Agentliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Dövlət Agentliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bu gün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABOEMDA) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Agentliyin Aparat Rəhbərinin müavini Cəmil Məlikov çıxış edərək bildirib ki, Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı birbaşa Ümummilli Liderin adı ilə bağlıdır.

Onun sözlərinə görə, məhz Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə respublikada alternativ enerji mənbələrinin istehlakı təmin olunub: "Dahi Şəxsiyyət Heydər Əliyevin göstərişi əsasında 60-cı illərdən etibarən su elektrik stansiyaları istismara verilib. Hazırda Azərbaycanın enerji təminatının 10%-ni su elektrik stansiyaları təşkil edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir".

AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Məhz dahi rəhbərin yenidən hakimiyyətə gəlməsi sayəsində Azərbaycan xalqının tarixin ağır və sərt sınaqlarından uğurla çıxdığını deyən Vəli Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində azərbaycançılıq məfkurəsi müstəqil dövlətin ümummilli ideologiyasına çevrilib: "Azərbaycan xalqı üçün liderlik və xilaskarlıq missiyasını yerinə yetirən dahi öndər Heydər Əliyev nəinki Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib, həm də uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin hərtərəfli tərəqqisinə nail olub. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu öndər Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib".

Tədbirin davamında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə