İşçi tələb olunur! ELAN

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) hüquqşünas vəzifəsi üzrə vakansiya elan edib. ASA-dan SİA-ya verilən xəbərə görə, ali hüquq təhsilli, hüquq sahəsində 1-3 il əmək stajına malik olan, Azərbaycan dili və kompüter bilikləri olan şəxslər müraciət edə bilərlər. Rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək.

Namizədə tələblər

Öhdəliklər:

-Müxtəlif növ müqavilələrin və hüquqi sənədlərin (məktublar və s.) tərtib edilməsi

-Mübahisələr ilə bağlı məhkəməyə qədər zəruri tədbirlərin görülməsi

-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması

-Rəhbərliyə müvafiq hesabatların hazırlanması

-ASA-nın və onun komitələrinin iclaslarının protokollarının hazırlanması

-Komitələr arasında kommunikasiyanın qurulması, məlumatların sistemləşdirilməsi və idarə edilməsi

İş rejimi:

-Həftə içi saat 09:00-18:00 (nahar vaxtı: saat 13:00-14:00)

-Şənbə və bazar günləri, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qeyri-iş günləri istirahet günləri hesab olunur

Namizədə tələblər

-Təhsil: Ali Hüquq

-İş təcübəsi: Hüquq üzrə 1-3 il (Sığorta, bank, maliyyə sektorunda iş təcrübəsi arzuolunandır)

-Dil biliyi: Azərbaycan dili(rus və ingilis dillərini bilənlərə üstünlük verilir)

-Kompyuter biliyi: MS Office proqramları

Maaş: 700-1200 AZN

Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Xahiş edirik, CV-nizi elektron ünvana göndərərkən mövzu olaraq "Hüquqşünas" sözünü qeyd edəsiniz.

Əlaqə:

Azərbaycan Sığortaçılar Assosiasiyası

Ünvan: Babək Plaza, 8-ci mərtəbə

Babək prospekti, Ələddin Quliyev küç., məhəllə 1131, AZ1025, Bakı, Azərbaycan

+994 12 488 0714

[email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə