Sevinc Seyidova: “Mətbuatın inkişafı Ulu Öndər Heydər Əliyevin adı bağlıdır”

Sevinc Seyidova: “Mətbuatın inkişafı Ulu Öndər Heydər Əliyevin adı bağlıdır”

"Azərbaycanda mətbuatın və söz azadlığının yüksək səviyyədə inkişafı göz qabağındadır". Bu sözləri SİA-ya açıqlamasında "Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mətbuatn inkişafı üçün gördüyü unudulmaz işlərinə münasibət bildirərkən dedi.

"Mətbuatmızın inkişafı ilə bağlı konseptual dövlət siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub" -deyə bildirən baş redaktor onu da qeyd edib ki, Azərbaycanda mətbuata qoyulan senzuranın aradan qaldırılmasını da məhz Heydər Əliyev reallaşdırıb: "Məhz Ümummilli Lider Heydər Əliyev mətbuat üzərindən senzuranı ləğv etdi. Mətbuat azadlığının inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin atdığı addımlar daim təqdir olunur. Onun jurnalistlərə böyük hörməti, sevgisi var idi. Yəni Ulu Öndər Heydər Əliyev hər zaman jurnalistlərin, mətbuat işçilərinin ən yaxın dostu olub".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə