Nazir şəxsi heyətin həvəsləndirilməsi məqsədilə əmr imzalayıb

Nazir şəxsi heyətin həvəsləndirilməsi məqsədilə əmr imzalayıb

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü bütün ölkəmizdə olduğu kimi Silahlı Qüvvələrdə də böyük təntənə ilə qeyd edilir. SİA-nın xəbərinə görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Silahlı Qüvvələrdə döyüş hazırlığının yüksəldilməsində əldə etdikləri nailiyyətlərə, həmçinin vəzifə borclarını nümunəvi yerinə yetirdiklərinə görə fərqlənən şəxsi heyətin həvəsləndirilməsi məqsədilə əmr imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə