LDU-da ümummilli lider anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Müasir elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin və LDU-nun birgə təşkilatçılığı ilə keçiriılən tədbirdə respublikanın və Lənkəran rayonunun elm və təhsil işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən LDU-nun rektoru, professor Asəf İsgəndərov bildirib ki, Lənkəran Dövlət Universiteti ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində respublikanın qabaqcıl ali təhsil müəssisələri sırasında özünə layiqli yer tutub.Elmin və təhsilin keyfiyyətcə yeni səviyyəyə yüksəltmək istiqamətində aparılan işlərdən ətraflı söhbət açan A. İsgəndərov qeyd edib ki, LDU-da təhsilin keyfiyyətinə nəzarət gücləndirilir. İmtahanların düzgün təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi diqqət mərkəzindədir.
Konfrans "Azərbaycanın müasir inkişafı Heydər Əliyevin daxili və xarisi siyasətinin uğurlu və yaradıcı davamıdır" plenar məruzə ilə davam etdirilib.
LDU-nun dil və ədəbiyyat kafedrasının müdiri Yədulla Ağazadə, iqtisadi təhsil və idarəetmə kafedrasının müəllimi Füzuli Zamanov və başqları Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafəndakı rolundan danışıblar.
Elmi konfrans öz işini plenar iclaslarda davam etdirib.
Tədbirin sonunda LDU-nun tələbə yaradıcılığı qrupunun üzvləri maraqlı proqramla çıxış ediblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB