Yavər Camalov İtaliya Senatının müdafiə komissiyasının sədri ilə görüşüb

Yavər Camalov İtaliya Senatının müdafiə komissiyasının sədri ilə görüşüb

Mayın 8-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İtaliya Senatının müdafiə komissiyasının sədri Nikola Latorre ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Nikola Latorre səmimi qəbula görə minnətdarlığını bildirib. Görüşdə Azərbaycanın və İtaliyanın səfirləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə