Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Səməd Vurğun küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Rəşid Behbudov küçəsi, Bülbül və Azadlıq prospektlərindən istifadə etmələri tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB