Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) "Beynəlxalq münasibətlər mövzusu ölkəmizin Kütləvi İnformasiya Vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" mövzusundakı layihəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunana "Azərbaycan beynəlxalq münasibətlər sistemində" müsabiqəsi qaliblərini mükafatlandırılma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, müsabiqəyə 4 bölgədə daxil olmaqla 3 istiqamət üzrə 60-a yaxın yazı təqdim edilib.
Ə.Amaşov qeyd edib ki, qaliblərlə yanaşı 21 yazı həvəsləndirici mükafata layiq görülüb.
MŞ sədri bildirib ki, müsabiqənin üçüncü mərhələsində jurnalistlər Türkiyə ilə yanaşı, Avropa ölkələrinin müxtəlif media qurumlarında təcrübəyə göndəriləcək.
Şuranın Beynəlxalq münasibətlər komissiyasının sədri, MŞ İdarə Heyətinin üzvü, millət vəkili Cavanşir Feyziyev isə çıxışı zamanı qeyd edib ki, bu layihənin həyata keçirilməsində məqsəd kütləvi informasiya vasitələrinin bu aktual istiqamətdə mövzularının təqdimatını, jurnalistlərin Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun ölkə ictimaiyyətinə çatdırmalarını, həmçinin onların beynəlxalq aləmdə baş verən mühüm ictimai-siyasi proseslərə dolğun baxış bucağını formalaşdırmaq yolu ilə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.
Daha sonra qalib jurnalistlərə mükafatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB