YAP Nizami rayon təşkilatında faşist Almaniyası üzərində Qələbənin 69-cu ildönümü münasibətilə tədbir keçirilib

YAP Nizami rayon təşkilatında faşist Almaniyası üzərində Qələbənin 69-cu ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında faşist Almaniyası üzərində Qələbənin 69-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov, Azərbaycan Respublikası Veteranlar Şurasının Nizami rayon şöbəsinin sədri Yəhya Ağayev və digərləri 1941-1945-ci illər Böyük Vətən müharibəsində yüz minlərlə azərbaycanlının iştirak etdiyini və onlardan 300 min nəfərinin həlak olduğunu, bir o qədər də həmyerlimizin cəbhədə göstərdikləri igidliyə görə orden və medallarla təltif edildiyini bildiriblər.

Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına, onların ailə üzvlərinə diqqət və qayğı artırılıb və Qələbə günü daha geniş qeyd olunmağa başlanıb.

Hazırda Prezident İlham Əliyevin və dövlətimizin müharibə iştirakçılarına ehtiramla yanaşdığını vurğulayan tədbir iştirakçıları Nizami rayonunda yaşayan 1941-1945-ci illər müharibəsinin veteranları ilə vaxtaşırı görüşlər keçirildiyini, onlara daim qayğı göstərildiyini bildiriblər.

Müharibə veteranları onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda veteranlara Qələbə günü münasibətilə hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə