AHİK-də Ulu Öndərin 91 illik yubileyi qeyd olunub FOTO

AHİK-də Ulu Öndərin 91 illik yubileyi qeyd olunub FOTO

Bu gün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında (AHİK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən AHİK-in sədri Səttar Mehbalıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan xalqı unutmayıb.

Onun sözlərinə görə, ənənəvi olaraq keçirilən bu kimi tədbirlər Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz, böyük, möhtəşəm xidmətlərinə verilən qiymətdir: "Heydər Əliyevin ideyaları, siyasəti bu gün də Azərbaycana, Azərbaycan xalqına xidmət edir, xalqımız və dövlətimiz bu siyasətin həyata keçirilməsinin faydalarını görür. Məhz bu mənada Azərbaycan vətəndaşları Heydər Əliyevin doğum gününü həmişə yüksək təmtəraqla qeyd edirlər".

S. Mehbalıyev onu da qeyd edib ki, Heydər Əliyev Azərbaycan müstəqilliyini qazandıqdan sonra Yeni Azərbaycan yaratmağa başladı: "Hər birimiz üçün yeni cəmiyyət modeli gözəl aydındır. Bu yeni cəmiyyətdə Heydər Əliyev prinsipi mövcuddur. Azad cəmiyyət, vətəndaşlıq cəmiyyəti, tolerantlıq bu prinsiplərə aid edilə bilər. Heydər Əliyev yeni Azərbaycanı yaradanda sosial ədalət onun üçün hər şeydən əvvəl gəlirdi. Müasir Azərbaycan cəmiyyəti ümumbəşəri dəyərlərə söykənir. Vətəndaş üçün hər bir yaxşı şəraitin yaradılması hökumət üçün vacib məsələlərdən biridir".

Tədbirdə çıxış edən digər iştirakçılar Ulu öndərin Azərbaycan xalqının sosial, iqtisadi, siyasi həyatındakı əvəzsiz xidmətlərindən söhbət açıb, ümummilli liderin keçdiyi həyat yoluna nəzər salıblar.

Qeyd edək ki, tədbirdən əvvəl AHİK-in sədri başda olmaqla işçi heyəti Fəxri Xiyabanda Ümummilli liderin məzarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə