Sabah 32 dərəcə isti olacaq

"Mayın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabah paytaxtda və yarımadada havanın temperaturu gecə 11-15, gündüz 22-27 dərəcə isti olacaq: "Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli az yağış yağacağı ehtimal olunur. Səhər bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 13-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 20-25 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə