Prezident Rusiya prezidenti yanında uşaq hüquqları üzrə müvəkkilini qəbul edib

Prezident Rusiya prezidenti yanında uşaq hüquqları üzrə müvəkkilini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 8-də Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxovu qəbul edib.

Uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar, mədəniyyət və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə