Mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ənənəvi olaraq Bakıda Gül bayramı keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, bayram şənliyi mayın 10-da saat 11.00-da Heydər Əliyev Parkında və Heydər Əliyev Sarayının arxasındakı şəhər mərkəzi parkında başlayacaq.
Saat 21.00-da isə Dənizkənarı Milli Parkda - Saat Qülləsinin yanında bayram konserti və atəşfəşanlıq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB