Nazir: “Hazırda ölkəmizdə 250-dən çox gənclər təşkilatı fəaliyyət göstərir”
"Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilən dövlət gənclər siyasəti gənclərimizin bilik və bacarıqlarını reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edib". SİA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın təşkil etdiyi Ümumilli Lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda gənclər təşkilatlarının sayı 250-ni keçib: "Bir müddət öncə isə gənclər təşkilatlarının sayı 55 idi. 2003-cü ildən Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən layihələrin sayı 550-ni keçib. Bu məqsədlə dövlət büdcəsindən 13 mln 247 min manat vəsait ayrılıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Gənclər Fondunun yaradılması ilə gənclər təşkilatlarının xarici donorlardan asılılığına son qoyulub və onlar üçün yeni imkanlar yaradılıb. 2003-2013 illərdə ilk dəfə olaraq Azərbaycanın 5 təşkilatı Avropa Şurasında gənc aktiv vətəndaş mükafatına layiq görülüb. Hazırda gənclər təşkilatları 30-dan artıq beynəlxalq qurumda təmsil olunur. Cəmiyyətin inkişafında gənclərin ictimai fəallığının rolu böyükdür.
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə gənclər üçün prezident mükafatı təsis olunub. Mükafat mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, eləcə də ictimai fəaliyyət sahəsində xüsusi fərqlənən gənclərə verilir".
Nazir qeyd edib ki, Gəncə şəhərinin 2016-cı ilin Avropanın gənclər paytaxtı seçilməsi ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin beynəlxalq səviyyədə tanınması, eləcə də Azərbaycan gənclərinin ciddi işinin nəticəsidir.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB