Lənkəranda umummilli lideri Heydər Əliyevə həsr olunmuş kitab bayramı keçirilib FOTOLAR

Lənkəranda umummilli lideri Heydər Əliyevə həsr olunmuş kitab bayramı keçirilib FOTOLAR

Lənkəran şəhər Mərkəzi kitabxanasının qarşısında Mədəniyyət və Turizm şöbəsi və Mərkəzi kitabxanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş VII respublika ənənəvi kitab bayramı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə kitabxananın direktoru Validə Məmmədova açaraq ümummilli lider Heydər Əliyevin fəaliyyəti, kitabxana sahəsinə olan diqqət və qayğısından, xüsusi ilə son dövrlərdə bu sahədə qazanılan uğurlar və yeniliklər barədə danışıb. Kitabxana sahəsində aparılan uğurlu islahatlar və elektronlaşma haqqında geniş məlumat verib.

Tədbirdə çıxış edən rayon ağsaqqallar şurasının sədri Kamal Kələntərli, yazıçı İltifat Saleh, MİHİ-nın Lənkəran şöbəsinin sədri Elduzə Əhmədova, şair Ağamir Cavad və digər ziyalılar müstəqil Azərbaycan respublikasının banisi Heydər Əliyev haqqında, onun həyat və fəaliyyəti barədə, informasiya texnologiyalarının inkişaf etdiyi müasir cəmiyyətimizdə kitabın rolu haqqında danışıblar.

Tədbirin bədii hissəsində maraqlı konsert proqramı təqdim olunub. Uşaq folklor kollektivləri və yerli sənət ustalarının ifasında Heydər Əliyevə, vətənə həsr olunmuş mahnılar səsləndirilib. Tədbirin sonunda kitabxanaya yeni daxil olmuş kitablar haqqında məlumat verilib və qonaqlar kitab sərgisi ilə tanış olublar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə