AMEA-nın Birləşmiş Veteranlar Şurası beynəlxalq tədbirlər keçirəcək FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Birləşmiş Veteranlar Şurası Akademiyanın 70 illik yubileyi ərəfəsində bir sıra tədbirlər həyata keçirəcək. SİA-nın xəbərinə görə, bu barədə qərar Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, özündə 36 elmi müəssisə və təşkilatın eyni adlı qurumunu birləşdirən şuranın 1866 üzvü var: "Onlardan 19 nəfər akademik, 33 nəfər müxbir üzv, 277 nəfər elmlər doktoru və 670 nəfər fəlsəfə doktorudur. Həmçinin, 8 nəfər Böyük Vətən, 107 nəfər isə Qarabağ və Əfqanıstan müharibəsi iştirakçılarıdır".
Akademik A. Əlizadə 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Veteranlar haqqında" qanunu xatırladıb, şuranın bu sənəddən irəli gələn vəzifələri yerinə yetirərək il ərzində öz fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirdiyini vurğulayıb: "Şura ictimai qurumlarla əlaqələrini genişləndirib, elmi müəssisələrdə veteran təşkilatlarının fəaliyyətinin möhkəmləndirilməsinə, veteran fəallarının təşəbbüslərinin çoxaldılmasına və gənclərin vətənpərvərlik tərbiyəsinə diqqəti artırıb. Bu məqsədlə şura üzvləri gənclər və şagirdlərlə tez-tez görüşlər keçirir".
İclasda qərara alınıb ki, elmi müəssisə və təşkilatlarda çalışan veteranların əmək qabiliyyətini nəzərə alaraq, onların faydalı əmək fəaliyyəti üçün lazımi şərait yaradılsın.
Tədbirdə həmçinin bildirilib ki, 2015-ci il aprelin 17-də "Böyük Vətən müharibəsinin qələbəsində SSRİ alimlərinin rolu" mövzusunda beynəlxalq konfransın keçirilməsi AMEA-ya və Respublika Veteranlar Şurasına həvalə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB