"Valideyn Himayəsindən Məhrum olan Uşaq və Gənclərə Yardım" İctimai Birliyi 5 May - Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Günü münasibətilə tədbir keçirib.
Aidiyyəti dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin və əlilliyi olan şəxslərin iştirakı ilə keçirilən həmin tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə ixtisaslaşmış müşaviri Müqalib Mahmudov iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, M. Mahmudov tədbirdə çıxış edərək 5 May - Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Gününün tarixi və bu günlə bağlı keçirilən tədbirlərin əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, bu əlamətdar günün təsis edilməsi bayram etmək üçün yox, əlilliyi olan insanları, onları təmsil edən təşkilatları da cəlb etməklə mövcud problemləri işıqlandırmaq, dövlət qumlarının, beynəlxalq təşkilatların, özəl sektor nümayəndələrinin və bütövlükdə cəmiyyətin diqqətini bu qəbildən olan şəxslərin mövcud problemlərinin həllinə yönəltmək, onların şərəf və ləyaqətinin, hüquqlarının daha səmərəli qorunması, sosial-rifahının yaxşılaşdırılması istiqamətində bütün imkanları səfərbər etmək və beləliklə də onların cəmiyyətə inteqrasiyasına nail olmaqdan ibarətdir.
Tədbirdə Müvəkkilin təklifi nəzərə alınmaqla BMT-nin 13 dekabr 2006-cı il tarixli "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının və onun fakültativ Protokolunun ölkəmiz tərəfindən 2008-ci il 2 oktyabr tarixində ratifikasiya edildiyi, sözügedən Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyalarının da həyata keçirilməsinin Ombudsmana həvalə olunduğu və bu istiqamətdə zəruri tədbirlərin görüldüyünü vurğulayıb.
Müvəkkilin müvafiq sahədə milli qanunvericilik bazasının və onun tətbiqi təcrübəsinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Zaur Seyidzadə 2013-cü ildə əlil və valideyn himayəsindən məhrum olan uşaq və gənclərə göstərdiyi qayğıya görə bir sıra təşkilatların rəhbərlərinin, o cümlədən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) "Valideyn Himayəsindən Məhrum olan Uşaq və Gənclərə Yardım" İctimai Birliyinin "Qayğı" Diplomu ilə təltif edildiyini bildirib və onu Ombudsman təsisatının nümayəndəsinə təqdim edib.
Yeri gəlmişkən tədbirin sonunda bir qrup hərəkət məhdudiyyəti olan şəxsə İctimai Birlik tərəfindən təkərli kreslo hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB