“Universal Çağrı Mərkəzi” i üçün şüar və loqotip müsabiqəsi elan edilib
Azərbaycanın Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət sahələrini əhatə edəcək "Sahibkarlıq fəaliyyəti sahəsində Universal telefon məlumat xidməti - Çağrı Mərkəzi" barədə Vergilər Nazirliyi tərəfindən müsabiqə elan edilir.
SİA-nın məlumatına görə, müsabiqənin mövzuları aşağıdakılardır.
- "Universal Çağrı mərkəzi" loqotipi üzrə
- "Universal Çağrı mərkəzi" şüarı üzrə
Müsabiqəyə təqdim olunan loqotipə və şüara aid tələblər:
- Müsabiqədə iştirak sərbəstdir
- Müsabiqəyə hər bir şəxs tərəfindən təqdim edilən loqotip və (və ya) şüar sayına məhdudiyyət qoyulmur
- Müsabiqə istirakçılarından kreativlik tələb olunur
- Təqdim olunan loqotip və (və ya) şüar unikal olmalı, hər hansı təşkilatın loqosuna, şüarına və ya devizinə, marka və ya nişanına bənzəməməlidir
- Plagiat hesab olunan loqotip və (və ya) şüar müsabiqəyə qəbul edilməyəcək
Müsabiqəyə təqdim olunan loqotipin aşağıdakı şərtlər daxilində göndərilməsi tövsiyə olunur (loqotipin başqa formatda, ölçüdə göndərilməsinə məhdudiyyət qoyulmur):
- Loqotip PNG, TİFF, CDR, PSP, Aİ, EPS, WMF formatlarından birində olması
- Loqotipin ölçüsüsunu 300 dpi və daha çox olması
- Loqotipin rəngli və monoxrom variantda təqdim olunması
Müsabiqəyə təqdim olunan şüarın aşağıdakı şərtlər daxilində göndərilməsi tövsiyə olunur (şüarın bir neçə sözdən ibarət olmasına məhdudiyyət qoyulmur):
- Azərbaycan dilində olması
- Üç sözdən artıq olmaması
2014-cü ilin mayın 6-dan 26-dək davam edəcək müsabiqəyə təqdim edilmiş ən maraqlı, kreativ və "Universal Çağrı Mərkəzi"nin fəaliyyətinə uyğun loqotip və şüarların ən yaxşısı seçilərək onların müəllifləri mükafatlandırılacaq:
- Loqotip üzrə: "Surface PRO" planşeti ilə
- Şüar üzrə: "Microsoft Surface RT + Touch Cover" planşeti ilə
İştirakçılar öz işlərini "facebook.com/vergiler" səhifəsinə, həmçinin [email protected] ünvanına göndərə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB